su-nasos stansiyası

ру насосная станция en water-station de Pumpstation fr station de pompage es estación de bombeo it impianto idraulico
su keçirməyən folqa
su nasosu
OBASTAN VİKİ
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Su Elektrik Stansiyası
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Su-elektrik stansiyası
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Nasos (bürc)
Nasos (latınca: Antlia) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 4-cü vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Arpaçay Su Elektrik Stansiyası
Arpaçay su-elektrik stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay su-elektrik stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "2008–2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su-elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Biləv su elektrik stansiyası
Biləv su-elektrik stansiyası — 2010-cu ildə istifadəyə verilmişdir. Ordubad rayonun Biləv kəndi yaxınlığında Gilançay üzərində tikilmişdir. Naxçıvan Muxtar Respublikasının 17% enerji təlabatını ödəyir.
Mingəçevir Su Elektrik Stansiyası
Mingəçevir SES (tam adı: Mingəçevir su-elektrik stansiyası) — Cənubi Qafqazda ən böyük su-elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su-elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su-elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su-elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su-elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
Mingəçevir su-elektrik stansiyası

İnquri Su Elektrik Stansiyası
İnquri su-elektrik stansiyası — Qafqazın ən böyük su-elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür. Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir. XX əsrin 60-cı illərinin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi və dövlət başçısı Nikita Xruşşov əvvəlcə Bzib çayında əsas bənd və su-elektrik stansiyası tikmək təklifini verdi. Çünkü, ora onun ən sevimli kurortu Pitsunda çayının mənsəbinə yaxınlıqda yerləşirdi. Lakin bununla belə mütəxəssislər, Bzib çayı üzərində qurulan bir bəndin Pitsunda çimərliyinə ziyan vuracağına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağını təxmin etdilər. Bu səbəbdən onlar Bzib əvəzinə bəndin dəniz sahilindən xeyli uzaqda dağlardan axan İnguri çayı üzərində inşa edilməsi təklifini verdilər. 1960-cı illərin əvvəllərində "Hidroproyekt" İnquri SES-in tikintisini layihələndirdi. İnquri bəndinin inşasına 1961-ci ildə başlanıldı.
Güləbird Su Elektrik Stansiyası
Güləbird su-elektrik stansiyası — Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə SES. Prezident İlham Əliyev 14 fevral 2021-ci ildə işə salıb. Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır. Laçın rayonu işğaldan azad olunandan ay yarım sonra artıq burada su-elektrik stansiyası istismara verilib.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Dəmiryol stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Dəryal stansiyası
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir. İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.
Elektrik stansiyası
Elektrik stansiyası — elektrik enerjisinin istehsalı ilə məşğul olan avadanlıq və aparatlardan ibarət qurğular toplusudur. Bu qurğular binalarda yerləşdirilərək xüsusi ərazilərə malik olurlar. Daş kömürlə işləyən elektrik stansiyası, Atom elektrik stansiyası, Torfla işləyən elektrik stansiyası, Hidroelektrik stansiyası, Gazturbinli, Ağackömürlə işləyən elektrik stansiyaları, Küləklə işləyən elektrik stansiyaları. Bütün mütərəqqi elektrik stansiyalarının işləmə prinsipi aşağıdakı kimidir: Elektrik stansiyası başlanğıc enerjinin faydalı enerjiyə çevrilməsinə xidmət edir. Onların əsas hissəsi olan güc maşını adətən turbindən, su çarxından, daxili yanma mühərrikindən və ya da külək dəyirmanın rotorundan ibarət ola bilər. Elektrik stansiyalarında bir val işçi maşınla əlaqələndirilir. Bu həmişə yanacaqdan alınmış enerjini elektrik enerjisinə çevirən generatorlar olurlar. Elektrik gücü müxtəlif yollarla əldə edilə bilir: Kinetik və potensial enerji şəklində əldə edilmiş mexaniki enerji turbinin köməyi ilə generatorun rotoruna ötürülür və orada elektrik enerjisinə çevrilir (məsələn, hidroelektrik stansiyası, külək elektrik stansiyası və s.). Termiki enerji öncə istilik maşınlarında mexaniki enerjiyə sonra isə yuxarıda olduğu kimi generatorun köməyi ilə elektrik enerjisinə çevrilir. Xüsusi qurğularda istilik enerjisini bir başa elektrik enerjisinə çevirmək mümkündür (məsələn, solar qürğülar).
Hacılı stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. Hacılı stansiyası Füzuli rayonunun Araz Yağlıvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Hidroelektrik stansiyası
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Mahmudlu stansiyası
Mahmudlu (kənd, Cəbrayıl)
Nəsimi stansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr. Dərinliyi 15-18 metr.
Qütb stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Uluxanlı stansiyası
Uluxanlı stansiyası — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda vağzal. 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Xankəndi stansiyası
Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası 1927-ci ildə yaradılıb. Xankəndi şəhərinin şimalında yerləşirdi. Hazırda bərbad haldadır. Stansiya Xankəndi şəhərinin şimalında yerləşirdi. O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu. Xankəndi Dəmiryol Stansiyasının fəaliyyəti 1992-ci ilə qədər davam etdi. Xankəndi Dəmiryol Stansiyasının xidmətindən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə bölgələrinin və Laçın rayonunun əhalisi yararlanırdı. 1992-ci ildə Qarabağda baş qaldıran separatizm Xankəndi Dəmiryol Stansiyasının fəaliyyətinə öz mənfi təsirini göstərdi.
Xudafərin stansiyası
Xudafərin — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd İranla sərhəddə yerləşir. Tarixi Xudafərin körpüsü bu kəndin ərazisində yerləşir. 1994-cü ilin yanvar ayında Azərbaycan ordusu bu kəndin ərazisinə qədər irəliləsə də, kəndi tutmaq mümkün olmayıb. 18 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 30 oktyabr 2020-ci il tarixində "Xudafərin" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb. Xudafərin stansiyası Cəbrayıl rayonunun eyniadlı i.ə.v-də kənd.
Yevlax stansiyası
Yevlax Dəmiryol Stansiyası — Yevlax şəhərində dəmiryol stansiyası.
Dəmiryolu stansiyası